14 Aprel 2021 11:52
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, rayonun Xaçmaz kənd sakini Adıgözəl Bilalov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Adıgözəl Bilalov barəsində Oğuz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər