Yardımlı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 20-də rayon ərazisindəki evlərin birindən 7 200 ABŞ dolları oğurlanıb.
Yardımlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qabaqdibi kənd sakini E.Səfərova saxlanılıb.