5 May 2021 09:23
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com