15 May 2021 21:30
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonum Muğanlı kəndində qeydə alınıb.

Hərəkətə olan “VAZ” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1976-cı il təvəllüdlü Orucov Həbulla xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com