Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən məişət əşyalarının oğurlanması barədə Tərtər rayon polis şöbəsinə məlumat daxil olub.
Keçirilən tədbirlər nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Səxavət Axundlunun yeri müəyyən edilərək saxlanılıb.
Bundan başqa, daxil olan məlumat əsasında Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıb.
Həmin şəxslərin Bərdə rayon sakini Şəhriyar Babayev və Ağdam rayon sakini Elvin Sadıqov olduğu müəyyən edilib.
Onların üzərində aparılan şəxsi axtarış zamanı Şəhriyar Babayevdən şəxsi istehlak miqdarından artıq metamfetamin və heroin, E.Sadıqovdan da heroin aşkar edilib.
Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində axtarışda olan şəxsin də yeri müəyyən edilib.
Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Bərdə rayon sakini Bəybala Kamranbəyli saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.