Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun arvadını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.
Teleqraf.com-un xəbərinə görə, hadisə ər-arvad arasında olan zarafat nəticəsində baş verib.
Məlumata görə, Fəqan Əhmədov silahı zarafata həyat yoldaşına tuşlayıb və bu bədbəxt hadisə ilə nəticələnib.
***
10:13
Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
09:41
Bakıda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Fəqan Rövşən oğlu Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimidir.