19 İyun 2021 14:55
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmiryolu kənarında yabanı halda bitmiş 3,2 ton çəkidə 3780 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3 tondan çox olan 2900 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Yardımlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Alar kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 16,5 ton olan 42350 ədəd çətənə kolu aşkar olunub.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çərəcə kənd sakini, əvvəllər məhkum olunmuş R.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 58 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Muğanlı kənd sakini İ.Rəsulova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.


Müəllif: Hacı Zeynalov