21 İyun 2021 20:13
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.


Müəllif: Teleqraf.com