Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Gəndov kəndində yük avtomobilində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğın nəticəsində "Tatra" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 250 ədəd ot bağlaması yanıb. Yanğından mühafizə bölmələri çatana kimi sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 20:13-də söndürülüb.