Göyçay rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Göyçay rayon polis şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N.Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Rüstəmov saxlanılıb.
Ondan cinayətin aləti olan “TOZ” markalı ov tüfəngi götürülüb.