6 Noyabr 2014 20:42
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şuranın mitinqin ictimai-siyasi fikrə təsir etməyəcəyi qənaətindəyəm”.

Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, mitinq keçirmək hər bir insanın konstitusion hüququdur: “Hər bir təşkilat və şəxs mitinq təşkil edə bilər. Ancaq indiki şəraitdə mitinqlərə elə bir sosial tələb yoxdur. Yəni ictimai passivlik dövründə insanların mitinqə dəstək verəcəyini düşünmürəm. Yalnız ictimai siyasi aktiv kəsimin bir hissəsi bu mitinqlərə qatılır”.

S. Əkbər cəmiyyətin müxalifətə inamının sarsıldığını bildirib.

“Müxalifətin apardığı uzun illik mübarizənin nəticə verməməsi demokratik qüvvələrə inamı sarsıdıb. Bu, reallıqdır. Bunu nəzərə almalı, dəyərləndirməli, buna uyğun addım atmaq lazımdır. Ümumiyyətlə, yeni siyasi şərait yaranmayana qədər vətəndaşların müxalif qüvvələrə kütləvi dəstək verəcəyini düşünmürəm. Azərbaycanda milli azadlıq hərəkatı başlayandan 2010-cu ilə qədər bir dövr tamamlandı. İndi durğunluq dövrüdür, bunun sonunda yeni situasiya yaranacaq. Bunun üçün də bir qədər gözləməli olacağıq”.


Müəllif: