4 Avqust 2021 14:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda baş verən yanğın artıq söndürülüb, Yardımlıda isə lokallaşdırılıb.

Bunu Teleqraf.com-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib:

“Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

www.instagram.com

Узнать больше

Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”


Müəllif: Teleqraf.com