Avqustun 1-də Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi), meşə zolağında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Yanğın zamanı 32 ha sahədə kol-kos, xəzəl, quru ağac kötükləri və ağaclar yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub), Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və və yerli sakinlər tərəfindən söndürülüb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.