Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.