7 Noyabr 2014 17:48
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Parisdə Avropa Sosial Xartiyası üzrə Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” mövzusunda seminarı keçiriləcək.

Parlamentdən verilən xəbərə görə, tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcək.

Seminarda işdəki təhlükələri azaltmaq üçün təhlükəsizlik və sağlamlıq qaydalarının gücləndirilməsi, iqtisadiyyatın bütün sahələrində bütün işçilər üçün müvafiq iş mühitinin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər