20 Sentyabr 00:26
276

Ağdaş rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Çələbiyeva Arzu Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com