DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.
***
10.10
Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə Teleqraf.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.