12 Dekabr 2021 17:55
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Şəhər sakini Ülvi Dadaşzadənin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb.

Lakin həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ülvi Dadaşzadə barəsində Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov