13 Dekabr 2021 12:41
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Yoxlamalar zamanı “Eldayaq” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Şadlıq sarayının sahibi Novruz Mustafayev inzibati məsuliyyətə cəlb edilib və 4000 manat məbləğində protokol tərtib olunub.

Qayda pozuntularının baş verdiyi digər 2 toy məclisi isə rayonun Şahhüseynli və Məmmədqasımlı kəndlərində yerləşən fərdi yaşayış evlərində aşkar olunub.

Ev sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Yolayrıc kəndində Məhərrəm Serova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi M.Serov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib və məclis dayandırılıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər