15 Dekabr 2021 11:55
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə tüfeyli həyat tərzi keçirən şəxslər və dilənçilər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 27 nəfər saxlanılaraq, Polis İdarəsinı gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılılıb, 16 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər