7 Yanvar 2022 13:17
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işləri üzrə iki məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində Əli Əliyevin vəkilləri vəsatət verib.

Vəkillər hər iki işin eyni icratda birləşdirilməsini, bir məhkəmə prosesi keçirilməsini və cinayət işinə xitam verilməsini istəyiblər. Məhkəmə vəsatətləri təmin etməyib.

İş üzrə hazırlıq iclasları yekunlaşıb və məhkəmə proseslərindən biri yanvarın 11-ə, digəri isə yanvarın 13-ə təyin olunub.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, iddiaçıların şikayətlərində bildirib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər