Gəncə şəhərində 62 yaşlı kişi özünü asaraq intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsi, 8-cı küçədəki evlərin birində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Allahverdi Budaq oğlu Xanəhmədov özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.