17 Yanvar 2022 13:11
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon polis şöbəsinə müraciət edən üç nəfər rayon sakini onlara məxsus fərdi yaşayış evlərindən elektrik naqillərinin və dəmir qapıların oğurlandığını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin İlisu kənd sakini Nurlan Poladov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladıqlarını satdığını bildirib.

Keçirilmiş tədbirlərin davamı olaraq Nurlan Poladovun cinayət yolu ilə ələ keçirdikləri onun satdığı şəxsdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər