Bakıda internat məktəbindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.