Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 4 m² olan gözətçi otağının içərisində 1 ədəd döşək və elektrik qızdırıcısının kabeli yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Otaq, içərisində olan 2 ədəd qaynaq aparatı və hər birinin həcmi 10 litr olan 4 ədəd propan qaz balonu yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.