25 Noyabr 2014 10:12
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Əlisoy: “Bunu etsə üzr istəyib siyasətdən birdəfəlik çəkiləcəm”

Müsavat Partiyasının başqanlığa sabiq namizədi və Divanın qərarı ilə təşkilatdan kənarlaşdırılan Səxavət Əlisoy sosial şəbəkələrdə İsa Qəmbərə sual ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Əlisoy İsa Qəmbərə sualında bildirib ki, Arif Hacılıya Müsavat cameəsinin münasibətinin necə olduğunu gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?

Siz, vicdanınıza və şərəfinizə and içərək desəniz ki , Arif Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm.

Cavidan


Müəllif:

Oxşar xəbərlər