29 May 2022 19:26
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvanın hava limanında tanınmaq üçün "Я Замир" plakatını əlində tutan Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis onu "Mən sülh tərəfdarıyam" şüarı qaldırdığını zənn edərək saxlayıb. O, Rusiya ordusunu nüfuzdan salmaqda şübhəli bilinib.

Araşdırma zamanı bəlli olub ki, saxlanılan şəxsin adı Zamir olub. O, özünü tanıtmaq üçün "Я Замир" plakatından istifadə edib.

Buna görə də o sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər