20 İyul 2022 16:49
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəinki Tofiq Yaqublu, ümumiyyətlə heç kim həbs olunmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılması xəbəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, sadəcə, aksiya təşkil edən şəxslər ərazidən kənarlaşdırılıb.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi atasının saxlanılması ilə bağlı məlumat yayıb.

13:27

Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.


Müəllif: Teleqraf.com