Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Şabran rayon polis şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.
Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər.
Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Şabran rayon polis şöbəsində araşdırma aparılır.