21 Oktyabr 2022 09:32
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Teleqraf.com xəbər verir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər