Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, o, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.
F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.