31 Oktyabr 2022 12:12
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər