11 Dekabr 2014 14:16
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Görüşdə səkkiz partiya iştirak edəcək”

“Bu həftənin sonuna qədər görüşün alınması gözlənilir. Görüşün təşəbbüskarı biz, təşkilatçısı isə hakimiyyət tərəfindən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi olacaq. Onlar hansı formatı məqbul bilsələr, o formada da görüş alınacaq”.

Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O, həmçinin qeyd edib ki, burada söhbət dialoqdan deyil, görüşdən gedir.

Qeyd edək ki, mətbuatda görüşün şənbə günü keçiriləcəyi haqda xəbər yayılıb. Bildirilib ki, görüşdə müxalifət tərəfindən KXCP, ADP, ALDP və AXP və Ümid Partiyasının rəhbərlərinin, yaxud səlahiyyətli təmsilçilərini iştirakı gözlənilir.

Ancaq Mirmahmud Mirəlioğlu Teleqraf.com-a deyib ki, şəxsən onda görüşün şənbə günü keçiriləcəyi haqda informasiya yoxdur: “Görüşdə məhbuslar məsələsi müzakirə ediləcək. Qeyd edim ki, həm də görüşdə beş deyil, Demokratiya və İnsan Hüquqları Mərkəzində fəaliyyət göstərən səkkiz partiya iştirak edəcək. Biz çalışırıq ki, görüş baş tutsun. Odur ki, məsələləri korrekt açıqlayırıq. Görüşdən sonra isə nəticələr haqda fikrimizi qeyd edə bilərik. Görüşün təşkilatçısı hakimiyyət nümayəndəsidir. Əgər məsləhət bilsələr, görüş medianın iştirakı ilə olacaq. Məsləhət bilməsələr, olmayacaq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər