Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!