1 Dekabr 2022 13:10
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb.

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər.

Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Qaradağ rayon Polis İdarəsinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov