Biləsuvar rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 12-də saat 2 radələrində Biləsuvar rayonunun Günəşli kəndindəki mağazaların birindən oğurluğa cəhd göstərilməsi barədə polisə məlumat daxil olub.
Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini İ.Şəbizadə, Quba rayon sakinləri V.Ağabalayev və R.Mirzəyev saxlanılıblar.
Araşdırmalarla onların dekabrın 7-də Quba rayonunun Vladimirovka kəndində iki mağazadan ümimilikdə 840 manat pul və 1352 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.