4 Fevral 2023 10:27
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kq 210 qram “marixuana” və 100 qram “tiryək”), fevral ayının 3-də saat 03:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər