Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 7-də, gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini, 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır