Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, martın 14-də paytaxt sakini olan bir qadının içərisində 4800 manatı və sənədi olan cüzda zorla əlindən alınıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçiridiyi əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Comərd Həmzəyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.