20 Mart 2023 21:14
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən itkin düşdüyü ehtimal edilən yeniyetmələr tapılıb.

Teleqraf.com xəbər verir ki, martın 19-da Yevlax rayonunda itkin düşdüyü bildirilən bir qrup yeniyetmə tapılıb.

Onların dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələdikləri məlum olub.

***

17.52

Yevlaxda 4 yeniyetmə itkin düşüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.

“Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur”, - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com