Hacıqabulda təcili yardım maşını velosipedçini vurub.
Teleqraf.com xəbər verir ki, hadisə H.Həmidov küçəsində baş verib.
"Mersedes-Vito" markalı təcili yardım maşını yolda hərəkətdə olan velosipedçini vurub.
Yaralanan orta yaşlı velosipedçi Nəzərov Əmralı Əsgər oğlu xəstəxanaya çatdırılıb. Xəstəxanada zəruri tibbi yardım alan yaralı daha sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.