Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Bayramova Nişanə Zeynalabdı qızı, 1963-cü il təvəllüdlü Hüseynova Tamam Ağaverdi qızı və 2001-ci il təvəllüdlü Qasımov Fərid Səmid oğlu müxtəlif bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.