TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.
Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.
***
10:27
Gəncədə Abbas Səhhət adına xəstəxanada yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində qeydə alınıb.
Xəstəxanada olan xəstələrin köçürülməsinə başlanılıb. Xəstələr şəhərin digər tibb müəssisələrinə köçürülüb.Hadisə yerinə 10-dan artıq yanğın söndürən avtomobili cəlb edilib.
Yanğın söndürülüb, xəstələrin isə köçürülməsi davam edir