Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğanın 2015-ci il parlament seçkilərində namizəd olacağı ilə bağlı iddiaları hökumət nümayəndəsi təsdiqləyib.
Teleqraf.com-un türk mediasına istinadən verdiyi xəbərə görə, hakim AKP-nin (Ədalət və İnkişaf Partiyası) sədr müavini Süleyman Soylu gündəmi dəyişəcək açıqlama verib.
AKP-nin 2015-ci il parlament seçkiləri ilə bağlı hazırlıqlarından danışan S.Soylu Süməyyə Ərdoğanın partiya daxilində vəzifə alıb-almayacağı barədə şərh verib: “Siyasət gen məsələsidir. Atadan, yaxud hansısa ailə üzvündən insana keçə bilər. Bu, qabiliyyət və yaxşı təmsilçilikdən asılıdır. Prezidentimiz aktiv siyasətdədir. Süməyyə Ərdoğan deputatlığa namizəd olsa çox xoş olar”.
Nərgiz