16 May 2023 10:54
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Şabran rayon polis şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov