Sumqayıt şəhərində qətl törətməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Murad Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib.
Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Xatırladaq ki, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.
Mərhum Mahir Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ müharibəsi iştirakçısı və qazi imiş.
Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir.