27 May 2023 11:03
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya “qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası” ilə müşayiət edilən xəsarət yetirib.

Faktla bağlı Göygöl rayon polis şöbəsinin istintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.


Müəllif: Teleqraf.com