Bakının Nizami rayonunda aptekə basqın edilib.
Teleqraf.com xəbər verir ki, iyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.