Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat və mobil telefon oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.