Sabirabad rayon polis .öbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edir 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.